

Beynəlxalq elmi konfrans
14 - 15 may 2026-cı il
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Hörmətli həmkar,
Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetində 14 - 15 may 2026-cı il tarixində keçiriləcək “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” Beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edirik.
Qloballaşan dünyada ilk olaraq Azərbaycan dilinin dövlət dili kimi statusunun qorunması, türkdilli dövlətlərdə dil və əlifba məsələləri, ana dilinin tədrisində müasir çağırışlar, düzgün yazı və oxu məsələləri, ölkədə dilçiliyin inkişafının aktual məsələlərinin müzakirəsi və bu məsələlərin bəşəri və regional əhəmiyyət kəsb etməsi konfransın məqsədini səciyyələndirir.
Konfransda türk dünyasının tanınmış elm adamları, tədqiqatçıları iştirak edəcəkdir.
Konfransın əsas istiqamətləri:
- Dilçilik və terminologiya
- nəzəri dilçilik və terminologiyanın əsasları: yeni terminlərin yaradılması yolları;
- standartlaşdırma və unifikasiya: beynəlxalq terminlərin milli dilə uyğunlaşdırılması, iqtisadiyyat, texnologiya və süni intellekt sahəsində ortaq türk terminlərinin yaradılması;
- arxaizmlərin bərpası və dialektologiya: türk dillərinin ortaq köklərinin müasir dövrdə qorunması.
- Ədəbiyyat və ortaq mədəni irs
- ortaq türk ədəbiyyatı konsepsiyası: orta əsrlər irsindən müasir ədəbi əlaqələrə qədər;
- türk epik təfəkkürü: “Kitabi-Dədə Qorqud” və digər dastanların türk xalqlarının birliyində rolu;
- müasir ədəbi proses: türkdilli ölkələrin ədəbiyyatlarının qarşılıqlı tərcüməsi və təbliği məsələləri.
- Tarix və etnoqrafiya
- I Türkoloji Qurultayın repressiya qurbanları: qurultayın təşkilatçılarının və iştirakçılarının taleyi;
- türk xalqlarının inteqrasiya tarixi: hunlardan Türk Dövlətləri Təşkilatına (TDT) qədər inkişaf yolu, varislik və gələcək;
- etnogenez məsələləri: genetik və tarixi araşdırmalar işığında türk xalqlarının mənşəyi.
- Təhsil və rəqəmsal türkologiya
- türkologiyada rəqəmsal humanitar elmlər (Digital Humanities): türk dillərinin korpuslarının yaradılması və elektron lüğətlər;
- dərsliklərin unifikasiyası: türk dünyası məktəbləri üçün ortaq tarix və ədəbiyyat dərsliklərinin metodoloji əsasları;
- süni intellekt və türk dilləri: türk dillərinin nitq texnologiyalarına adaptasiyası.
Konfransın işçi dilləri:
Azərbaycan dili, türk dilləri, ingilis dili, rus dili.
Önəmli tarixlər:
Tezislərin göndərilməsi üçün son tarix: 15 aprel 2026-cı il
Müəlliflərə məlumat məktubunun göndərilməsi: 25 aprel 2026-cı il
Konfransın keçirildiyi tarix: 14-15 may 2026-cı il
Konfrans materiallarının elektron formatda müəlliflərə göndərilməsi − 31 may 2026-cı il
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
Format A4, 12 ölçü, sətirlərarası interval 1.15, abzas 1.0 nk, kənar boşluqlar: hər tərəfdən 2.0 sm. Mətn sətirdən sətrə keçirilmədən yığılır. Tezisin həcmi − 250-300 sözü keçməməlidir.
Mətnin adı ortada BÖYÜK HƏRFLƏRLƏ qara şriftlə verilir.
Müəllif haqqında məlumatlar mətnin adından sonra ortada adi şriftlə kursivlə verilir:
müəllifin adı, soyadı
elmi dərəcəsi, elmi adı
təmsil etdiyi müəssisə
ORCID kodu, e-mail ünvanı
şəhər/ölkə
Ana mətn (tezis) (yazıldığı dildə)
Açar sözlər (yazıldığı dildə): 5-7 söz
Ana mətn (tezis) ingilis dilində
Açar sözlər (ingilis dilində): 5-7 söz
Tezis mətnində istinadlar mətn daxilində kursivlə verilir.
Təqdim olunan tezislər orijinallıq baxımından yoxlamadan keçirilərək qəbul ediləcək.
Tezislər This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərilir.
Əlaqə və ətraflı məlumat:
+994 55 547 31 77
+ 994 12 493 05 85
+ 994 12 598 43 56


























































